CƏMİYYƏT


Gənclər arasında narçılığın təşviqinə dair saziş imzalanıb

Bakı, 18 iyun, Həsrət Mahmudova, AZƏRTAC

İyunun 18-də “Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hər iki qurum arasında əməkdaşlığın yaradılmasının önəmini vurğulayıb. O, sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclər üçün belə əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, qurulan hər bir əməkdaşlıq üzv gənclərə yeni imkan və perspektivlər açır.

ANİİA-nın, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri Fərhad Qaraşov əməkdaşlığın önəmini vurğulayaraq bildirib ki, Hərəkatın təqdim edəcəyi təkliflər təkcə Assosiasiya ilə yanaşı, KOBİA tərəfindən də dəyərləndirilib dəstəklənəcək.

Qeyd edək ki, Sazişə əsasən, gənclər arasında narçılığın təşviqi, narın Azərbaycan məhsulu olmasının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və mənfur düşmənin narla bağlı yaratmaq istədiyi yanlış düşüncələrin aradan qaldırılması istiqamətində müxtəlif addımların atılması planlaşdırılır. Eləcə də gənc sahibkarların inkişafına töhfə vermək məqsədilə hərəkat nəzdində “Gənc sahibkarlar” klubunun yaradılması və bu klubun fəaliyyətinin tənzimlənməsi üçün Assosiasiya ilə davamlı işin aparılması nəzərdə tutulub.

Sonra tədbir iştirakçılarının və jurnalistlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda xatirə hədiyyələri təqdim edilib və “Davam” Gənclər Hərəkatının ofisində yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.