Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub

Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub

Bakı, 18 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizdə müasir düşüncəli, vətənpərvər yeni nəsil formalaşıb. Dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə daim əhatə olunan gənclərimiz cəmiyyətdə fəallığı ilə seçilir, könüllülük hərəkatının aparıcı qüvvəsi olmaqla insanlara layiqli xidmət göstərilməsində öz bilik və bacarıqlarını əsirgəmir, dövlət idarəçiliyində geniş təmsil olunurlar.

AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında da gənclərin işlə təminatına xüsusi önəm verilir, kadr korpusunun hazırlıqlı, müasir dünyagörüşlü mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə namizədlərin seçimi prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir. Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir. Təkcə son bir ildə 300-dək mütəxəssislər qulluğa qəbul olunublar. Onlar nazirliyin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək püxtələşir, vəzifələrində yüksəlirlər. Çoxsaylı gənc ədliyyə işçilərinin irəli çəkilərək bu gün respublikamızda ali dövlət orqanlarında məsul və rəhbər vəzifələrdə çalışmaları məmnunluq doğurur.

Bu işlərin davamı olaraq nazirliyin bölgələrdəki qurumlarında vakant ştatlar üzrə keçirilən növbəti müsabiqəyə yekun vurulub və uğur qazanmış bir qrup gənclər ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbul edilərək barələrində müvafiq təyinatlar aparılıb. Onların sırasında Vətən müharibəsi iştirakçılarının və ailə üzvlərinin olması xüsusilə qeyd olunmalıdır.

Gənclər Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi anılıb, məzarları önünə tər çiçəklər düzülüb.

Qulluğa yeni qəbul olunan əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Gəncləri bu əlamətdar gündə qulluğa qəbul olunmaları münasibətilə təbrik edən ədliyyə nazirinin müavini Toğrul Musayev Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən bəhs edib, hüquq-mühafizə orqanlarının fəaliyyətinə hər zaman xüsusi diqqət yetirdiyini bildirərək dahi öndərin bu qurumların işçiləri qarşısında müəyyənləşdirdiyi dövlətçiliyə sədaqətlə xidmət etmək, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərinin daim rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbəmizə, azad edilmiş torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işlərinə toxunularaq, Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərində dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə mühüm tədbirlərin, o cümlədən bu ərəfədə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının əhəmiyyəti vurğulanıb.

Böyük Qələbəmizin təmin olunmasında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gənclərinin, o cümlədən əsl vətəndaşlıq nümunəsi göstərərək müharibəyə yollanan gənc ədliyyə işçiləri və könüllülərinin rəşadət və fədakarlığından, dövlət təltiflərinə layiq görülmələrindən, Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək qayğıdan bəhs olunub.

Nazirlik tərəfindən müharibə iştirakçılarının, şəhidlərimizin ailə üzvlərinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq 100-ə yaxın belə şəxslərin ədliyyə orqanlarına qulluğa qəbul olunduğu bildirilib, şəhid ədliyyə işçisi, nazirliyin İcra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun layiqli xidmətindən, vətənpərvərliyindən və qəhrəmanlığından söz açılıb, xatirəsinin daim uca tutulduğu, ailəsinin qayğılarının diqqətdə saxlanıldığı qeyd edilib.

Görüşdə ölkə rəhbərinin dövlət qulluqçularının qarşısında qoyduğu mühüm tələblər vurğulanaraq bildirilib ki, hər bir əməkdaş qanunun aliliyini və dövlətçiliyə sədaqət prinsiplərini hər şeydən üstün tutmalı, məsuliyyətli, təvazökar, Vətənə bağlı olmalı, insanlara layiqli xidmət göstərməli, sosial aktivlik nümayiş etdirməlidir.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədovun gənclərə təbriki və xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl etmələri ilə bağlı göstərişləri çatdırılıb.

Çıxış edən gənclər, müharibə iştirakçıları ulu öndər Heydər Əliyevin doğum günündə qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, ədliyyə qulluqçusu kimi dövlətimizin başçısının ətrafında sıx birləşərək Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıb, onlara göstərilən yüksək etimadı fəaliyyətləri ilə doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına söz veriblər.

Sonra yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb