REGİONLAR


Gənclər fəal qüvvədir

İsmayıllı, 13 avqust, AZƏRTAC

İsmayıllıda Gənclər və İdman İdarəsinin, rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları və fəal gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəyirmi masada Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda dövlət gənclər siyasətindən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, bu qələbənin qazanılmasında gənclərin göstərdikləri hünərdən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan gənclərinin beynəlxalq arenada qazandıqları nüfuzdan danışılıb. Çıxışlarda, habelə İsmayıllı gənclərinin təhsildə, idmanda, rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal qüvvə olduğu diqqətə çatdırılıb.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərmanlar verilib.

Sonda gənclər tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.