“Gənclər həftəsi” çərçivəsində karyera sərgisi açılıb
AzerTAg.az
Bakı, 29 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə yanvarın 27-dən start verdiyi “Gənclər həftəsi” çərçivəsində silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, “Gənclər həftəsi” çərçivəsində yanvarın 29-da Bakı Gənclər Mərkəzində karyera sərgisi təşkil olunub. Ölkəmizdə fəaliyyət göstərən 15-dən çox aparıcı şirkət sərgidə gənclər üçün 520-dən çox vakansiya təklif edib. Universitet tələbələri və məzunlar gün ərzində davam edəcək sərgidə karyera imkanı qazanacaqlar.
Xatırladaq ki, bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər təşkil olunmaqdadır.









Xəbərin mətnində orfoqrafik səhv var