REGİONLAR
Gənclər həyatımızın bütün sahələrində fəallıqları ilə seçilir
İsmayıllı, 17 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan gənclərinin hərtərəfli inkişafı, elmi biliklərə yiyələnmələri, bacarıqlarının üzə çıxarılması dövlət gənclər siyasətində prioritet məsələdir. Təsadüfi deyil ki, gənclərimiz indi ictimai-siyasi həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İsmayıllıda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə rayon gəncləri ilə keçirilən görüşdə səsləndirilib.
İki yüzdən çox gəncin iştirak etdiyi görüşdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, gənclər və idman idarəsinin rəisi Taleh Salehov gənclərə dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirilən tədbirlərdən, gənclərin sahibkarlıq fəaliyyətindən və idman sahəsində qazanılan uğurlardan danışıblar.
Sonda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib, gənclərin daha aktiv təşkilatlanması, elmi biliklərə dərindən yiyələnməsi, rayonun ictimai-siyasi həyatında fəallıqlarının artırılması, sahibkar gənclərə dövlət dəstəyinin gücləndirilməsi, yaradıcı gənclərin istedadlarının inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması sahəsində görülən işlərdən söz açıb, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.