REGİONLAR
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
Tərtər, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Oktyabrın 3-də Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatına həmrəylik məqsədilə Tərtər rayonunda aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Tərtər, Ağdam, Kəlbəcər, Laçın, Xocalı və Şuşa rayonlarından olan gənclər iştirak ediblər. Aksiya iştirakçıları Tərtər şəhərindən işğaldan azad olunmuş Şıxarx qəsəbəsinədək yürüş edib, “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndiriblər.
Aksiya ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsinin qarşısında başa çatıb.