REGİONLAR


Gənclər kitabxanasında istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Gənclər Kitabxanasında şəhər 12 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar “Haqqı hayqıran şair - Əhməd Cavad” adlı ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir şagirdlərin ifasında Azərbaycanın Dövlət himninin oxunması ilə başlayıb. Kitabxananın əməkdaşı Rəhilə Bağırova Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və qardaş Türkiyəyə böyük xidmətlərindən, acılarla bitən ömür yolundan danışıb.

Tədbirdə Əhməd Cavad poeziyasından nümunələr, ədəbi kompozisiya, şairin sözlərinə bəstələnən “Can Azərbaycan” mahnısı ifa edilib.

Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi İradə Quliyeva şairin zəngin ədəbi yaradıcılığının milli tariximizi və ədəbi-mədəni irsimizi araşdırmaq baxımından ədəbiyyatşünaslıq elmimizə dəyərli faktlar verdiyini vurğulayıb.

Tədbir B.Vahabzadənin “Əhməd Cavad haqqında” fikirləri, “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.