CƏMİYYƏT


“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin final mərhələsi Ağdamda keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

“İrəli” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin yarımfinal mərhələsinə yekun vurulub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq reallaşdırılır. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı müvafiq tədbirlərin keçirilməsi məsələləri əksini tapıb.

“Gənclər kuboku: Aprel zəfəri” layihəsi çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün müraciət etmiş üç minə yaxın gəncin arasından seçilən min nəfərin qatıldığı yarışlarda yarımfinal mərhələsinə yekun vurulub və finalçılar müəyyənləşib.

Yarışların final mərhələsinin və layihənin bağlanış mərasiminin Ağdam Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulur. Bundan başqa, “İrəli” İctimai Birliyinin üzvlərinin və layihə iştirakçılarının Ağdamdakı N saylı hərbi hissədə şəxsi heyətlə görüşlərinin təşkili planlaşdırılır.

Layihə Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel döyüşlərinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.