CƏMİYYƏT


Gənclər müddətli həqiqi hərbi xidmətə yola düşürlər

Bakı, 5 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 sentyabr tarixli Sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il sentyabrın 1-dən 30-dək hərb elminə dərindən yiyələnmək, Vətənin müdafiəsi kimi şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Respublikamızın şəhər və rayonlarında təntənəli yolasalma tədbirləri keçirilir.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin şəxsi heyəti, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak edirlər.

Mərasimlərdə çıxış edənlər hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs və şərəfli borclarını layiqincə yerinə yetirməyi arzulayırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.