CƏMİYYƏT
Gənclər narkomaniyanın zərərləri barədə maarifləndiriliblər
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanan tədbirlər planına müvafiq olaraq təlimlər bu dəfə Masallı və Lənkəran gəncləri üçün təşkil edilib.
AZƏRTAC Gənclərin İnkişaf və Karyera Mərkəzinin saytına istinadla xəbər verir ki, təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev gənclərə narkomaniyanın zərərləri, narkomaniya ilə mübarizə, həmçinin zərərli vərdişləri olan insanlara dəstək göstərmək və kömək etməyin yollarından söhbət açıblar.
Qeyd olunub ki, tədbirlər planına əsasən, təlimlər mərhələli şəkildə respublikamızın bütün rayonlarında keçiriləcək.