CƏMİYYƏT


Gənclər proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcəklər

Bakı, 4 may, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzi (AİKM) “Tech Academy” Təhsil Mərkəzi ilə birgə yeni layihəyə start verib.

AİKM-dən AZƏRTAC-a bildiriblər ki, “YouthTech” adlı uzunmüddətli layihənin məqsədi gənc proqramçıların yetişdirilməsi və ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində gənclər bu sahədə ən çox tələb olunan kurslarda ödənişsiz və güzəştli təhsil almaq imkanı qazanacaqlar. Gənclər layihə çərçivəsində “Full Stack” (Python/Bootcamp), “Full Stack” (Python), “Front End” (RaectJS) veb-proqramlaşdırma, “QA Manual Testing”, “UX/UI” dizayn (Web Design) mövzularında təşkil olunacaq kurslara qatıla biləcəklər.

Layihənin iştirakçısı olmaq şansı qazanmaq üçün mayın 5-dək https://forms.gle/EZNUTo2aiyf6ccgFA ünvanında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı uğurla tamamlayan gənclər daha sonra test imtahanında və müsahibələrdə iştirak edəcəklər.

Bütün mərhələləri uğurla keçən gənclər layihənin iştirakçısı olmaq hüququ qazanacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.