CƏMİYYƏT


“Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, YAP Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə 26 iyun- BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib.

Fləşmobda Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə “Gənclər sağlam həyat tərzini seçir”, “Biz narkomaniyaya yox deyirik!” adlı şüarlar yaradılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 26 iyun - BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.