CƏMİYYƏT


Gənclər təşkilatı regionlarda qanvermə aksiyalarına start verib

Bakı, 26 aprel, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Şirvan şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün könüllü və təmənnasız qanvermə aksiyası həyata keçirib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə qanvermə aksiyasından yığılan qan tədarükü hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasına xidmət edir.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, pandemiya zamanı qan xəstəliyindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyaları Bakıda daha çox təsadüf edilir, regionlarda isə vəziyyət o qədər də ürəkaçan deyil.

Qeyd olunub ki, Şirvan şəhərində təşkil olunan qanvermə aksiyasında müxtəlif yaş kateqoriyasından olan 80 nəfərdən çox donor iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.