CƏMİYYƏT


Gənclər təşkilatının nümayəndəsi ATƏT-in beynəlxalq təlimində iştirak edib

Bakı, 18 iyun, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) baş katibi Gülnar Xəlilova ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Belqradda təşkil etdiyi uzunmüddətli müşahidəçilər üçün təlim proqramında iştirak edib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, təlim proqramına 15 ölkədən 27 nümayəndə seçilib.

Büronun ekspertləri iştirakçılara ATƏT-ə ümumi baxış və çağırışlar, ATƏT-in müvafiq Bürosu və seçki müşahidəsinə giriş, seçki standartları və öhdəlikləri, uzunmüddətli və qısamüddətli müşahidəçilərin missiyaları və s. mövzularda təlimlər keçiblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Proqramın iştirakçıları beynəlxalq seçki müşahidəçiləri statusu əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.