CƏMİYYƏT


Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 2 dekabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun döyüş meydanında əldə etdiyi ardıcıl zəfərlər nəticəsində noyabrın 10-da Ermənistanın kapitulyasiyaya məcbur edilməsi və imzalanmış müvafiq bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qüvvələrin çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə gənclər təşkilatlarının təmsilçiləri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin məzarı önündə gənclər bugünkü qələbələrin memarı olan Ulu Öndərə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu yad edərək, bu parlaq zəfərə gətirən yolda şəhidlərimizin müqəddəs rolunu diqqətə çatdırıblar.

Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandanı vəsf edib, Azərbaycan bayraqlarını dalğalandırıblar. Gənclər Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığı üçün Azərbaycan gəncliyi adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.