CƏMİYYƏT


Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Bakı Gənclər Mərkəzində gənclər təşkilatlarının II respublika forumunun açılış mərasimi keçirilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsində məqsəd gənclər təşkilatları ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləmək, dövlət qurumları ilə gənclər təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaratmaqdır.

Forumda Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinin çıxışları dinlənilib, paralel sessiyalarda müzakirələr aparılıb.

İki gün davam edəcək forum çərçivəsində gənclər təşkilatlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, gənclərlə iş sahəsində ən yaxşı təcrübələr, könüllülərin cəlb olunması işinin təşkili mövzusunda seminarların, gənclər təşkilatlarına dəstək mexanizmləri və ölkəmizdə gənclər siyasətinin təbliği və dəstəyində onların rolu mövzusunda qrup işlərinin, eyni zamanda, gənclər təşkilatlarının fəaliyyətinin “SWOT” modeli əsasında təhlilinin aparılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.