CƏMİYYƏT


Gənclər üçün “Debat nədir?" mövzusunda onlayn seminar keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Debat nədir?” mövzusunda onlayn seminar keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Leyla Əliyeva debatda iştirakçıların sayı, onlara təyin olunan vaxt və natiqlik bacarığının xüsusiyyətləri haqqında məlumat verib. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyindən bəhs edilib, auditoriyaya müraciət zamanı jestlərin, mimikaların mühüm rol oynadığı iştirakçıların diqqətinə çatdırılıb.

Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.