ELM VƏ TƏHSİL


Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin məzunu olan Allahverdi Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çinin Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsili alıb. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda insan genetikası laboratoriyasına rəhbərlik edib. Həmin ildə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan Allahverdi Şahverənov hazırda Genetik Ehtiyat İnstitutunun insan genetikası laboratoriyasının müdiridir. Azərbaycan, alman, ingilis, rus, Çin və türk dillərini bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.