Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində könüllülük fəaliyyətini uğurla başa vuran gənclərə şəhadətnamələr verilib
AzerTAg.az
Ağcabədi, 6 iyul, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində könüllülük proqramını başa vuran gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı könüllülərin mərkəzin fəaliyyətində aktiv iştirak etdiklərini, mərkəzin xidmətlərindən bəhrələnən vətəndaşlara xidmətdə, maarifləndirici və məlumatlanıdırıcı aksiyalarda fəallıq göstərdiklərini bildirib.
Proqram ərzində könüllülərlə birgə xidmət edən mərkəz əməkdaşları çıxışlarında bildiriblər ki, könüllülər mərkəzin fəaliyyəti ilə bağlı olan tapşırıqları yüksək səviyyədə yerinə yetirib, vətəndaşlarla nəzakətli və ədəbli ünsiyyət quraraq könüllülük proqramına aid təlimatlara riayət ediblər. Altı aylıq könüllülük proqramı ərzində özlərini müsbət tərəfdən nümayiş etdiriblər.
Sonda proqramı uğurla başa vuran könüllülərə şəhadətnamələr təqdim edilib.

Xəbərin mətnində orfoqrafik səhv var