İDMAN


Gənclər üçün "Xaricdə təhsil həftəsi" layihəsi keçiriləcək

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Erasmus Student Network Azerbaijan və Azerbaijani Students and Alumni Platform”un birgə təşkilatçılığı ilə növbəti həftədən "Xaricdə təhsil həftəsi" layihəsi çərçivəsində vebinar təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində keçiriləcək vebinarda xaricdə təhsil təcrübəsi olan gənclər üzləşdikləri problemlər, onların həlli üsulları barəsində məsləhətlər verib, bu təcrübənin özəlliklərindən danışacaqlar.

Son dövrlərdə azərbaycanlı tələbələrin beynəlxalq universitetlərə qəbul dərəcələri nəzərəçarpacaq dərəcədə artıb. Ancaq, hələ də müəyyən gənclər var ki, xaricdə təhsil almaq arzusunda olsalar da, bu xəyallarını reallaşdıra bilmirlər. Bu layihənin məqsədi məhz belə gənclərimizə yardım etmək və onları istiqamətləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.