CƏMİYYƏT


Gənclər üçün informativ səciyyəli vahid elektron platformanın təqdimatı keçirilib

Bakı, 11 mart, AZƏRTAC 

Martın 11-də Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində tədbirlər, layihələr və təşəbbüslər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və dövlət xidmətləri barədə ətraflı məlumatların gənclərə səmərəli şəkildə çatdırılması məqsədilə yaradılan informativ səciyyəli vahid elektron platformanın təqdimatı və yenilənmə mexanizmləri ilə əlaqədar olaraq işçi qaydada görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənclər üçün informativ səciyyəli vahid elektron platforma – gənc.az portalı təqdim olunub. Portalda gənclər üçün dövlət xidmətlərindən istifadə, interaktiv təqvim sistemi, iş vakansiyaları və imkanlarına müraciət etmək, Elektron Hökumət Portalının xidmətlərindən istifadə və istiqamətləndirmə imkanları, vahid sosial şəbəkə vasitəsilə sosial-ictimai tədbirlər, müsabiqələrlə bağlı daha tez məlumat almaq imkanları haqda məlumat verilib. Portalın yaxın aylarda ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Tədbir müxtəlif qurumları təmsil edən nümayəndələrin suallarının cavablandırılması, təkliflərin dinlənilməsi və fikir mübadiləsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.