İDMAN
Gənclər və İdman Nazirliyi Avropa İdman Həftəsi çərçivəsində idman tədbiri təşkil edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Gənclər və İdman Nazirliyi Avropa İdman Həftəsi çərçivəsində idman tədbiri təşkil edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən və iki saat davam edən tədbir zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası xüsusi ayrılmış ərazidə təmsil olunub.
Tədbir zamanı ziyarətçilərə avarçəkmənin akademik, kayak və kanoe növlərinə aid qayıqları nümayiş etdirilib, həmçinin bu idman növü haqqında məlumat verilib. Eyni zamanda milli komandamızın üzvləri avarçəkməyə aid trenajor alətlərində əyani olaraq məşq elementləri nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə yanaşı daha 18 idman federasiyası Avropa İdman Həftəsinə həsr olunan tədbirdə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]