İDMAN


Gənclər və İdman Nazirliyi “Üzməyi öyrənək” layihəsinə start verir

Gənclər və İdman Nazirliyi “Üzməyi öyrənək” layihəsinə start verir

Bakı, 6 fevral, AZƏRTAC

Gənclər və İdman Nazirliyi növbəti layihəyə start verir. “Üzməyi öyrənək” layihəsinə əsasən, orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil ediləcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Gəncə, Şirvan, Lənkəran və Qusar Olimpiya İdman komplekslərində, eləcə də Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək üzgüçülük məşğələlərinə pilot layihə olaraq seçilmiş 5 şəhərin hərəsindən bir məktəbin 1-5-ci sinif şagirdləri cəlb ediləcək.

Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır. Fevralın 6-dan etibarən bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.