CƏMİYYƏT


Gənclər və İdman naziri Göyçay rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov noyabrın 8-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Mingəçevir şəhər (050 533-15-29), Ağdaş (051 328-33-00), Ağsu (050 383-44-00) və Göyçay (050 265-91-00) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.