CƏMİYYƏT


Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov avqustun 23-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri iştirak edəcəklər.

Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl rayonu Hummer prospekti 2) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Daşkəsən (050 475-11-81), Goranboy (050 204-66-12), Göygöl (050 225-93-29), Samux (070 902-36-53), Gəncə (050 264-01-51), Naftalan (070 522-48-12) rayon və şəhərlərinin gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.