CƏMİYYƏT
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Göygöl rayonunda Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən idman qurğularının lazımi avadanlıqla təminatı, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, Gənclər evinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının tikintisi ilə bağlı olub. Eyni zamanda, işlə təminat və şəxsi məsələlərlə bağlı da müraciətlər edilib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Digər müraciətlər isə baxılması üçün icraya yönəldilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]