CƏMİYYƏT


Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astarada vətəndaşları qəbul edib

Bakı, 24 yanvar, AZƏRTAC

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yanvarın 24-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara rayonundan olan vətəndaşları qəbul edib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda olan vətəndaşlar işlə təminat, idman avadanlıqlarının və fəxri adların verilməsi ilə bağlı müraciətlər ediblər.

Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi baxılması üçün icraya yönəldilib. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Gənclər Evində müəssisənin fəaliyyətinə baxış keçirib, problem və çətinliklərlə maraqlanıb və burada yerləşən Bayraq Muzeyinin eksponatları ilə tanış olub.

Sonra İntiqam Babayev Astara Olimpiya İdman Kompleksində idman müəssisəsinin fəaliyyəti ilə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.