CƏMİYYƏT


Gənclər və İdman nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı, 13 fevral, AZƏRTAC

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov fevralın 14-də Şamaxı rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şamaxı və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Şamaxı şəhəri, Heydər Əliyev küçəsi 29, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şamaxı (050 391-57-88, 055 697-22-22) və Qobustan (050 884-11-88) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.