CƏMİYYƏT


Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev sentyabrın 13-də Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirəcək.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda Sumqayıt şəhərinin və Xızı rayonunun sakinləri iştirak edəcəklər.

Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsi 53, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt (051 768-47-41; 050 266-01-12) şəhər və Xızı (055 266-04-76) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.