CƏMİYYƏT
Gənclər və İdman nazirinin müavinləri Lənkəranda və Astarada vətəndaşları qəbul edəcəklər
Bakı, 22 yanvar, AZƏRTAC
Gənclər və İdman nazirinin müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev yanvarın 24-də bölgələrdə vətəndaşların qəbulunu keçirəcəklər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıl İsmayılov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran şəhərindən və Lerik rayonundan olan sakinlər iştirak edəcəklər. Qəbul saat 11:00-da Lənkəran şəhərindəki Olimpiya İdman Kompleksində (Sütəmurdov qəsəbəsi, şəhər icra hakimiyyətinin yaxınlığı) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran (055-797-56-91) və Lerik (050-568-49-23, 055-607-66-88) şəhər və rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
İntiqam Babayev isə Astara rayonunda vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Astara rayonundan olan sakinlər iştirak edəcəklər. Qəbul saat 11:00-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində (İstiqlaliyyət küçəsi 26b, Heydər Əliyev meydanı, rayon icra hakimiyyəti ilə üzbəüz) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Astara (051-432-01-10, 055-789-03-34) rayon gənclər və idman idarəsi ilə əlaqə saxlamalıdırlar.