“Gənclər və idman idarələrində könüllülük təcrübəsinin təşkili” mövzusunda onlayn görüş keçirilib
AzerTAg.az
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də “Könüllülər dekadası” çərçivəsində “Gənclər və idman idarələrində könüllülük təcrübəsinin təşkili” mövzusunda onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan idman könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə Könüllülər Günü münasibətilə gəncləri təbrik edərək könüllülərin il ərzində iştirak etdiyi sosial, ekoloji tədbirlərdən xüsusilə də Vətən müharibəsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs edib.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək könüllülük tarixi haqqında ətraflı məlumat verib. O, könüllü fəaliyyətin cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş ictimai faydalı fəaliyyət, eləcə də sosiallaşmaya təkan verən bir xidmət olduğunu vurğulayıb.
Həmçinin könüllülər qazilərimiz Şaban Əliyev və Ağa Quliyevlə də görüşərək onların döyüş xatirələrini dinləyiblər.
Tədbirin sonunda qazilər gənclərin suallarını cavablandırıb və tədbir maraqlı məqamlarla yadda qalıb.










Xəbərin mətnində orfoqrafik səhv var