REGİONLAR


Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib

Xırdalan, 5 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Gənclər və idman naziri Azad Rəhimov iyulun 5-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin və Abşeron, Xızı, Şamaxı, Qobustan rayonlarının sakinlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azad Rəhimov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.

Qəbulda ümumilikdə 20-yə yaxın sakinin müraciətləri dinlənilib. Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyəti məsələləri ilə bağlı olub.

İdman sahəsi üzrə isə fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqla təminatı, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı müraciətlər edilib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.