CƏMİYYƏT


Gənclər və idman naziri Ağdaş Dövlət Humanitar Kollecinin şagirdləri ilə görüşüb

Bakı, 28 iyun, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Ağdaş Dövlət Humanitar Kollecinin şagirdləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir əvvəlcə kollecin həyətində yaradılmış Şəhidlər guşəsinin qarşısına gül dəstələri qoyub, şagirdlərin yaradıcılığı ilə əyani tanış olub, həmçinin kitabxana və idman zalına baxıb.

Kollecin direktoru Namiq Mehdiyev naziri salamlayaraq, təhsil ocağına gəldiyi üçün təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.

Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və arzuları ilə maraqlanıb. Şagirdlər öz uğurları və fəaliyyətləri barədə nazirə müxtəlif suallar veriblər. Region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib.

Səmimi ab-havada keçən görüşdə Fərid Qayıbov kollec şagirdlərinə gənclər və idman siyasəti barədə məlumat verib, onlara öz tövsiyələrini çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.