İDMAN


Gənclər və idman naziri Avropa birinciliyində uğurla çıxış edən taekvondoçular və onların məşqçiləri ilə görüşüb

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyində medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) isə bürünc medal qazanıblar.

Nazir ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımıza təbriklərini çatdırıb, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.