İDMAN


Gənclər və idman naziri Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

Bakı, 27 sentyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 27-də Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Qayıbov stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib, problemlərini dinləyib.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, gələcək planlar barədə nazirə məlumat verib. Həmçinin bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə federasiyanın icraiyyə komitəsinin üzvü, Olimpiya çempionu Zemfira Meftahətdinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.

Daha sonra Fərid Qayıbov Respublika Stend Atıcılığı İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib, bu idman qurğusunun şəraiti və fəaliyyəti ilə maraqlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.