İDMAN


Gənclər və idman naziri Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev ilə görüşüb

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 4-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev ilə görüşüb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, idmançını ölkəmizin bayrağı altında qazandığı ilk qələbəsi münasibətilə təbrik edən nazir onun bu uğurunun gənclər arasında MMA idman növünə marağı daha da artıracağına inandığını bildirib.

Xatırladaq ki, MMA döyüşçümüz Rafael Fiziyev ötən ay Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşündə braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.

Səmimi görüşə görə təşəkkürünü bildirən R.Fiziyev Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib və bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib. Qeyd edək ki, avqustun 5-də R.Fiziyevin media nümayəndələri ilə görüşü və idman azarkeşləri ilə imza sessiyası olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.