CƏMİYYƏT


Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı, 17 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Biləsuvar şəhərindəki Gənclər Evində (Heydər Əliyev küçəsi, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin binası ilə üz-üzə) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Ağcabədi (050 515-29-00), Beyləqan (055 743-12-12), Biləsuvar (050 504-44-22), İmişli (050 635-66-49) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.