CƏMİYYƏT


Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 19 vətəndaş iştirak edib.

Müraciətlər gənclər və idman sahələri, Gənclər evlərinin fəaliyyəti, Olimpiya İdman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığının verilməsi ilə bağlı olub.

Bununla yanaşı, vətəndaşlar şəxsi məsələ, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı da müraciət ediblər.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.