CƏMİYYƏT


Gənclər və idman naziri Fərid Qayıbovun gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşü olub

Bakı, 22 may, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbovun gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşü olub.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, budəfəki görüşdə maarifləndirmə, ictimai fəallığın artırılması və gənclərin hərtərəfli inkişafına dəstək istiqamətində fəaliyyət göstərən təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, onların qarşılaşdıqları çətinliklər, nazirliklə sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Hər bir gəncin qarşılaşdığı problemlərin həllində dövlətlə yanaşı, ictimai birliklərin də effektiv iştirakının vacibliyi vurğulanıb.

Təşkilat rəhbərlərinin fikirlərini və təkliflərini dinləyən nazir F.Qayıbov gənclər təşkilatlarının daha aktiv fəaliyyət göstərməsi, gənclərlə işin kütləvi və bütün ölkəni əhatə etməli olduğunu qeyd edərək, bu sahədə müvafiq tövsiyələrini verib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.