CƏMİYYƏT


Gənclər və idman naziri Gədəbəydə vətəndaşlarla görüşəcək

Bakı, 17 iyun, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov iyunun 25-də Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşlarla görüşəcək.

AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Gədəbəy şəhərinin Heydər Əliyev Mərkəzində (Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 1) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar Gədəbəy Rayon Gənclər və İdman İdarəsi (050-253-81-11), e.mail: [email protected], Şəmkir Rayon Gənclər və İdman İdarəsi (050-209-97-17) e.mail: [email protected], Gənclər və İdman Nazirliyi (012-465-64-38), e.mail: [email protected] ilə əlaqə saxlamalıdırlar.

Görüşə qeydiyyat bu il iyunun 24-nədəkdir.

COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.