CƏMİYYƏT


Gənclər və idman naziri Göyçayda vətəndaşları qəbul edib

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 23-də Göyçayda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarının sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 30-a yaxın vətəndaşın gənclər, idman və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri yeni Gənclər evlərinin, Olimpiya İdman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgələrin sayının artırılması, gənclərin beynəlxalq layihələrdə iştirakına dəstək göstərilməsi, eləcə də bir sıra idman qurğularının yeni avadanlıqla təminatı, fəxri adların verilməsi, iş və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydə alınıb. Həmçinin müraciətlərin digər bir qismi baxılması üçün icraya yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.