CƏMİYYƏT


Gənclər və idman naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir İctimai Şuranın üzvləri ilə ayrı-ayrılıqda tanış olub, onların təkliflərini dinləyib.

Şuranın sədri Azər Əliyev qurumun fəaliyyəti, qarşılıqlı əlaqə və görüləcək işlərə dair məlumat verib.

İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayan Fərid Qayıbov, məsləhətləşmə və müzakirələrin müntəzəm aparılmasına hazır olduğunu və bunun vacibliyini qeyd edib.

Görüşdə Şuranın 2021-ci ilin dekabr – 2022-ci ilin mart ayları üçün fəaliyyət planı da müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.