CƏMİYYƏT


Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edəcək

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov oktyabrın 20-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Masallı Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küçəsi-73) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Astara (055 789 03 34; 051 432 01 10), Cəlilabad (050/055 315 25 25), Lerik (050 568 49 23), Masallı (055 237 44 88; 050 637 44 88), Yardımlı (050 682 71 23; 070 317 40 04), Lənkəran (051 505 30 30) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.