CƏMİYYƏT


Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov mayın 24-də Masallı rayonunda Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 10-dan çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin əksər hissəsi gənclər və idman sahəsi ilə bağlı olub. Digər müraciətlər isə Olimpiya İdman komplekslərinin, Gənclər evlərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, onların idman avadanlığı ilə təmin olunması, yeni uşaq-gənclər idman məktəblərinin, qeyri-hökumət təşkilatlarının yaradılması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.