CƏMİYYƏT
Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov martın 27-də Mingəçevirdə vətəndaşların qəbulunu keçirəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi 172, rayon icra hakimiyyətinin yaxınlığı) başlayacaq.
Vətəndaşlar qəbula gəlmək üçün Mingəçevir (050 533-15-29), Yevlax (050 616-52-60: 055 817-41-31), Ağdaş (051 328-33-00, 055 502-26-00), Ağsu (050/055 383-44-00), Bərdə (050 222-95-96), Göyçay (050 265-91-00), Kürdəmir (055/070 388-86-68), Tərtər (050 228-33-23), Ucar (050/055 304-04-69), Zərdab (070 236-63-63) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.