CƏMİYYƏT
Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək
Bakı, 7 iyun, AZƏRTAC
Gənclər və idman naziri Azad Rəhimov iyunun 8-də Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba rayonu, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, Rayon İcra Hakimiyyətinin yaxınlığı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Quba (070 202-27-37, 050 200-27-37), Qusar (070 317-24-13, 055 435-76-16), Siyəzən (050 569-43-76, 055 213-94-38, 055 694-53-76), Şabran (050 351-79-05, 055 612-26-62, 070 202-26-62) və Xaçmaz (050 301-52-25) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.