İDMAN


Gənclər və idman naziri boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb

Gənclər və idman naziri boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb

Bakı, 31 mart, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Xorvatiyanın Poreç şəhərində keçirilmiş 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə boksçuları qitə çempionatında uğurlu çıxışları münasibətilə təbrik edən Fərid Qayıbov onlara növbəti yarışlarda yüksək nailiyyətlər arzulayıb.

Xatırladaq ki, komandamız Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 1 qızıl, 1 gümüş, 2 bürünc medala sahib olmaqla 39 ölkə arasında dördüncü yeri tutub. Təmsilçilərimizdən Nicat Hüseynov (51 kq) Avropa çempionu olub, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.