İDMAN
Gənclər və idman naziri dünya çempionatında uğurla çıxış etmiş boksçularla görüşüb
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir dünya çempionu Alfonso Dominges, bürünc mükafatçılar Sərxan Əliyev və Məhəmməd Abdullayevi növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.
Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.