İDMAN


Gənclər və idman naziri ölkəmizdə səfərdə olan ABŞ-ın idman mütəxəssisləri ilə görüşüb

Bakı, 28 sentyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan ABŞ-ın idman mütəxəssisləri Con Smit və Sali Robertslə görüşüb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, görüş zamanı nazir qonaqları salamlayıb və ölkəmizdə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib.

Səmimi görüşə görə təşəkkür edən amerikalı mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançılarımızın uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.

Görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.