CƏMİYYƏT
Gənclər və idman nazirinin müavinləri Lənkəranda və Lerikdə vətəndaşları qəbul edəcəklər
Bakı, 15 may, AZƏRTAC
Gənclər və idman nazirinin müavini İntiqam Babayev mayın 17-də Lənkəran şəhərində Lənkəran və Astara sakinlərini, nazir müavini İsmayıl İsmayılov isə Lerikdə vətəndaşları qəbul edəcəklər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində (Lənkəran şəhəri, Şəhər İcra Hakimiyyətinin yaxınlığı) və Lerik Mədəniyyət Mərkəzində (Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 24, Rayon İcra Hakimiyyətinin yaxınlığı) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran (051-505-30-30), Astara (055-789-03-34); (051-432-01-10), Lerik (050-568-49-23) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.